Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Elanlar
6 Oktyabr , 2021

Quliyev Nurəddin Əzulla oğlu1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.

"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.

Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.