Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
11 Oktyabr , 2021

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ZOOM proqramı üzərindən gənc vətənpərvər yazar Sevil Gül Nurun şəhid kapitan Nihad Babayevə həsr olunan "Qələbə eşqiylə böyüyən kapitan" adlı kitabının onlayn təqdimatı keçirildi.

Kitab təqdimatında şəhid kapitan Nihad Babayevin ailəsi - anası Seyidxanım ana və qardaşı Fərid Babayev, vətənpərvər yazar Sevil Gül Nur, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, məktəbli oxucular iştirak etdi.

İlk öncə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Aygün Əliyeva təqdim olunan kitab haqqında məlumat verərək müəllifə söz verdi. Yazar Sevil Gülnur "Qələbə eşqiylə böyüyən kapitan" adlı kitabının yazılma sürəsindən, şəhid Nihad Babayevin ailəsi ilə tanışlığından danışdı.

Təqdimat mərasimində şəhidin anası  Seyidxanım ana və qardaşı Fərid Babayev zəfər qəhrəmanımız haqqında geniş məlumat verərək onun şücaətlərindən söhbət açdılar.

İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva çıxış edərək qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərə görə təşəkkürünü bildirdi, "Şəhid anasının dilindən" şeirindən 1 parça səsləndirdi.

Sonda məktəbli oxucular Ləman Ağaşova "Zəfər tariximiz", Zəhra Aslanova "Zəfər nəğməsi" adlı şeirləri səsləndirdilər.