Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
19 Yanvar , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı kitabxana filialında  "20 Yanvar tariximizin yaddaşı" başlığı altında  söhbət  keçirildi. Söhbətdə 135 saylı tam orta məktəbin  şagirdləri  iştirak etdilər. İlk öncə 1 saylı filialın müdiri E.Əliyeva Azərbaycanın azadlığı və ərazi bütövlüyü  uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsi ilə əlaqədar oxuculara məlumat verdi. Bu qanlı gecədə adını şəhidlik zirvəsinə ucaltmış qəhrəmanlarımızdan biridə Əliyev  Rüstəm  Şahvələd oğludur. O, idarə etdiyi avtobus marşrutu ilə yaralıları xəstəxanaya çatdırmağa müvəffəq olmuşdur. Kitabxananın fəal oxucuları şəhidlərin xatirəsinə ithaf olunmuş şeir söylədilər və mövzu ilə əlaqədar tərtib edilmiş sərgidə şəkil çəkdirdilər.