Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Xəbərlər
8 Fevral , 2019
Abromoviç Mixail Vladimiroviç 1884-cü –il fevral ayının 8-də Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olmuşdur. 1910-cu ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdir. 1920-ci ildən 1930-cu ilə qədər “Azneft” Birliyinin Geologiya İdarəsinə rəhbərli k etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və Qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında professor və kafedra müdiri işləmişdir. 1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. 1941-ci ildə ona elmi-tədqiqat işlərinə görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiq i üzvü seçilmişdir.
O, Azərbaycanın geologiya elminin əsasını qoyanlardan biri olmuşdur. D.V.Qolubyatnikovla birlikdə Abşeron yarımadasının ilk irimiqyaslı xəritəsinin tərtibində iştirak etmişdir.
İlk dəfə neft yataqlarında suyun paylanması üzrə Palmer sistemini tətbiq etmişdir. Neft yataqlarının səmərəli kəşfiyyatı və işlənilməsi üçün elmi əsaslar işləyib hazırlamışdır. Respublikada bir sıra ilk neft yataqlarının açılmas ı onun adı ilə bağlıdır. Dünya geolgoyası təcrübəsində ilk dəfə olaraq neftli qatların ritmik quruluşunu, neftin xüsusiyyətlərinin dəyişməsi ilə neftli layların yatım şəraiti arasında əlaqəni müəyyən etmiş, neft mədənləri sularının təsnifatını vermiş, neft yataqlarının əmələgəlməsində tektonik faktorların rolunu təyin etmiş, neft və qazın proqnoz ehtiyatlarının hesablanması üsulunu işləyib hazırlamış, yod və brom hasil etmək üçün neft sularını xammal kimi təklif etmiş, neft yataqları sularının kimyəvi tərkibinə görə təsnifatını neft mədənlərində tətbiq etmişdir. O, quyularda açılmış layların qazlılığın ı müəyyən etmək üçün qaz karotaj-fizkimyəv i üsulunu ilk dəfə olaraq təklif etmişdir.
O, professor, əməkdar elm xadimi olmaqla yanaşı elmi işlərini müəllimlik fəaliyyəti ilə birlikdə aparmışdır. Neft hasılatında təkrarı üsulların geoloji tətbiqi layihəsinin, Respublikada neft yataqlarında ehtiyatların hesablanmasının və yüksək ixtisaslı geoloq kadrların hazırlanmasında böyük rol oynamışdır. 100-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Mixail Vladimiroviç Abramoviç 1965 -ci il iyun ayının 5 - də vəfat etmişdir.