Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” başlığı altında tədbir keçirildi.
Tədbirdə Binəqədi rayon Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdləri və müəllim Nərminə Mirzəyeva iştirak etdi.
Tədbiri açan Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəblilərə ümummilli lider Heydər Əliyevin gəncliyi, siyasi fəaliyyəti, müstəqil Azərbaycan Respublikası üçün gördüyü əvəzsiz işlər haqqında danışdı.
Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva böyük şəxsiyyət Heydər Əliyevə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” başlıqlı sərgidə nümayiş olunan ədəbiyyatın biblioqrafik icmalını verdi.