Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 saylı kitabxana-filialında “Hikmət Ziya - 90” başlığı altında tədbir keçirildi.
Tədbir “Nağıl otağı”nda təşkil olundu. Tədbirdə kitabxananın böyük kitabxanaçısı Rəxşəndə Həsənova, Binəqədi rayon 182 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri və müəllimləri Mehriban Ağayeva və Fəridə Məmmədova iştirak etdilər.
182 saylı orta məktəbin IV sinif şagirdi, ATV telekanalının 106 FM radiosunda uşaq verlişində aparıcılıq edən Əli Hüseynli tədbiri şarin “Günayın rəsmi” şeri ilə açdı.
Sonra 182 saylı orta məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayeva şair, tərcüməçi Hikmət Ziyanın həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verdi.
Daha sonra məktəblilər şarin şeir və təmsillərindən parçalar söylədilər.
Sonda oxucular sərgidəki kitablarla yaxından tanış oldular.