Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
23 May , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 saylı kitabxana-filialında “Abbas Səhhət-145” başlığı altında söhbət keçirildi.

Söhbətdə  Binəqədi rayon 182 saylı məktəbin şagirdləri iştirak etdilər.     

İlk olaraq 6 saylı kitabxana-filialın müdiri Mərziyə Hüseynli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin həyatı, yaradıcılığı, uşaqlara həsr etdiyi şeirləri barədə oxuculara məlumat verdi. Qeyd etdi ki, ixtisasca həkim olan Abbas Səhhət 1903-cü ildən etibarən ədəbi fəaliyyətə başlayır və yazdığı məqalələr Şərqi-Rus qəzetində çap olunur. 1912-ci ildə şairin “Sınıq saz”,  Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” şeirlər toplusu işıq üzü görür.    

Abbas Səhhətin yaradıcılığında Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. 

Sonda kitabxananın fəal oxucuları şairin şeirlərindən parçalar söylədilər və sərgi ilə tanış oldular.