Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
24 May , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 1 saylı kitabxana-filialı "İlyas Əfəndiyev-105" başlığı altında biblioqrafik icmal keçirdi.

İcmalda 248 saylı tam orta məktəbin kitabxana müdiri Həziyeva Zülfiyyə və VIII sinif şagirdləri iştirak etdilər. 1 saylı kitabxana-filialın böyük kitabxanaçısı Nailə İsmayılova şagirdlərə Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, nasir, dramaturq, incəsənət xadimi, Azərbaycan xalq yazıçısı İlyas Əfəndiyevin fəaliyyəti və anadan olmasının 105 illiyi ilə əlaqədar məlumat verdi. Dramaturqun "Atayevlər ailəsi" pyesi haqqında geniş danışıldı. Uşaqları maraqlandıran suallara cavab verildi.

Sonda mövzu ilə əlaqədar tərtib edilmiş sərgi ilə tanış oldular.

Foto Qalereya