Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
24 May , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

Tədbiri Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi təşkil etdi. Tədbirdə “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin məktəbli üzvləri iştirak etdilər.

Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova ilk öncə məktəbliləri salamladı, onları Uşaq şöbəsi ilə yaxından tanış etdi. Uşaq şöbəsinin sistem inzibatçısı Dürdanə Talıbova Abbas Səhhətin həyatı və yaradıcılığı haqqında uşaqlara geniş məlumat verdi.

İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva “Abbas Səhhət” sənədli televiziya filmi haqqında məktəblilərə məlumat verdi və filmi təqdim etdi.

Daha sonra məktəbli Səma Aslanova Abbas Səhhətin “Vətən” şeirini söylədi. “Cığır” ictimai birliyinin digər məktəbli üzvləri Abbas Səhhətin “Yaz”, “Qarı və qulluqçuları”, “Tənbəl”, “Ayı və şir”, “Quşlar”, “İt və kölgəsi”, “Yay səhəri” şeirlərini söylədilər.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova və baş kitabxanaçı Aygün Əliyeva müəllifin “Cərrahlıq” və “Bədbəxt ailə” hekayələri haqqında məktəblilərə məlumat verdilər və hekayədən parçalar oxudular, “Bir məktəbdə imtahan” şerini səsləndirdilər.

“Cıgır” ictimai birliyinin məktəbli üzvləri Zəhra Aslanova və İslam Aslanov “İki uşaq”, Aişə Məmmədli və Nərgiz Məmmədli “Qarışqa və milçək”, Rabiyə İsmayıllı və İsmayıl İsmayıllı “Tülkü və qurd” təmsilləri əsasında səhnəciklər göstərdilər.

Sonda məktəblilər “Abbas Səhhət-145” başlığı altında təşkil olunmuş sərgidə nümayiş olunan ədəbiyyatla  tanış oldular.

Foto Qalereya