Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
27 May , 2019

Bakı Şəhər Mədəniyyət Baş Idarəsi Binəqədi rayon MKS-nin 1 saylı kitabxana-filialı "28 May-Respublika Günü" başlığı altında söhbət keçirdi.

Söhbətdə 248 saylı tam orta məktəbin VII və VIII sinif şagirdləri iştirak etdilər. 1 saylı kitabxana-filialın müdiri Esmira Əliyeva oxuculara 28 May 1918-ci ildə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsindəki fəaliyyətindən, ilk Respublika dövründə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etməsindən, bayrağını, gerbini və himnini qəbul etməsindən və 28 may hazırda Respublika Günü kimi qeyd olunması haqqında oxucuları məlumatlandırdı.

Məktəbin şagirdləri Azərbaycan haqqında şeirlər söylədilər. Sonda mövzu ilə əlaqədar tərtib edilmiş sərgi ilə tanış oldular.

Foto Qalereya