Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
31 May , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 6 N-li kitabxana filialında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” başlığı altında tədbir təşkil olundu.        

Tədbirdə Binəqədi rayon MKS-nin 6 N-li kitabxana filialın müdiri Mərziyə Hüseynli, böyük kitabxanaçı Rəxşəndə Həsənova, kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Xatirə Qəhrəmanova, Binəqədi kəndinin kiçik yaşlı uşaqları  valideynləri ilə birlikdə iştirak etdilər.       

İlk öncə filial müdiri Mərziyə Hüseynli valideynləri və uşaqları salamladı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi.

Daha sonra kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Xatirə Qəhrəmanova uşaqların Beynəlxalq Müdafiəsi gününün tarixi haqqında məlumat verdi.    
Tədbirdə uşaqlar vətən, bayraq, sülh haqqında şeir parçaları, atalar sözləri, yanıltmaclar söylədilər, müxtəlif səhnəciklər göstərdilər və rəqs etdilər.

Foto Qalereya