Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
27 Sentyabr , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli kitabxana-filialında şəhid şair, publisist  Ülvi Bünyadzadənin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal təşkil olundu.

İcmalda 6 nömrəli kitabxana filialın müdiri Mərziyə Hüseynli Ülvi Bünyadzadənin qısa, mənalı həyat və yaradıcılığı barədə oxuculara məlumat verdi. Qeyd etdi ki, Ülvi hələ orta məktəbdə oxuyarkən müxtəlif şeirlər, bədii, publisistik məqalələr yazmışdır. Tələbəlik illərində fəal ictimaiyyətçi kimi tanınmışdır. İngilis, ərəb, fars, rus dillərində yazıb oxumağı öyrənmişdir. 

19 yanvar 1990-cı ildə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş, həlak olmuşdur. 

Ülvinin 200-dən çox şeiri, Əfqanıstanda döyüşən həmvətənlərinə həsr olunmuş “Ömür yolu” poeması, “Qansızlar” povesti, qırxa yaxın hekayəsi dünya ədəbiyyatından orijinal tərcümələri yadigar qalıb.   

Sonda oxucular  “Ülvi Bünyadzadə-50”  başlıqlı sərgi ilə tanış oldular.

Foto Qalereya