Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Xəbərlər
2 Oktyabr , 2019

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılmışdır. Rayonun sahəsi 1458 km2   əhalisi 41216 nəfərdir. Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavənd rayonunun  Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir.

Rayon 2 oktyabr 1992-ci ildə Ermənistan respublikası tərəfindən işğal edilmişdir.

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

Məlum Qarabağ hadisələri başlayandan sonra Xocavəndin kəndləri işğal olunmuş, sakinləri respublikamızın 39 rayon və şəhərində məskunlaşmışlar.

Xocavənd qəhrəman rayondur. Yüzdən çox xocavəndli vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.