Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
2 Dekabr , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbin 4-cü sinif şagirdlərinin  Mərkəzi Kitabxanaya  ekskursiyasını təşkil etdi.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdləri uşaq şöbəsi ilə yaxından tanış etdi.  Məktəblilər Uşaq şöbəsi ilə tanış olarkən  şöbədə tərtib edilən  müxtəlif  mövzulu  sərgilərə, kiçikyaşlı oxucuların əl işlərindən ibarət  guşəyə böyük maraq göstərdilər. Şöbədə təşkil olunmuş “Nağıl dünyası”, “Bacarıqlı əllər”, “Ekologiya aləmi”, “Uşaq hüquqları”, “Yol hərəkəti qaydaları”, “Tariximizi öyrənək, “Folklor nümunələri” sərgi və guşələri məktəblilərin  marağına səbəb oldu.

Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri kitabxanada təşkil olunmuş ”Dahi şəxsiyyət”, “Milli qəhrəmanlarımız”, “Qarabağ” və digər sərgilərlə tanış etdi.  Məktəblilərə “Turizm Guşəsi” haqqında məlumat verdi. Şagirdlər  miniatür kitablara baxış keçirtdilər.

İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəbliləri şöbə ilə yaxından  tanış etdi. Məktəblilərə Binəqədi rayon MKS-nin binagadi.cls.az saytı, İntagram və Facebook səhifələri haqqında geniş məlumat verdi. Daha sonra İnformasiya  resurs şöbəsinin fondunda olan müasir informasiya daşıyıcılarını nümayiş etdirdi.

Şagirdlər üçün “Mütaliə saatı” təşkil olundu. Heydər Əliyev və məktəblilər, milli qəhrəmanlarımız, heyvanlar  aləmi mövzusunda kitablar və müxtəlif  mövzulu nağıllar mütaliə olundu. Məktəblilərin kitablar və kitabxana haqqında olan sualları ətraflı cavablandırıldı. Məktəblilər Uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazıldılar. Təşkil olunmuş ekskursiya şöbənin oxucu sayının artmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Foto Qalereya