Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
30 Dekabr , 2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi  Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Mərkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının qalibi və laureatı, şairə İradə Gülfirin doğum günü münasibətilə ədəbi yaradıcılığına həsr olunmuş “Qaranlığa işıq saçan söz  gözəl”  başlığı altında tədbir keçirilib.

Tədbiri Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya Resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva aparıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Məkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının qalibi və laureatı, şairə İradə Gülfir, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Kərimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Məhsəti Gəncəvi” mükafatçısı, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu “Cənubi Azərbaycan Folkloru” şöbəsinin böyük elmi işçisi, filoloqiya elmləri üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, “Vahid” ədəbi məclisinin sədri Hacı Rafiq, Qocaman təhsil işçisi, pedaqoq Sabir Allahverdioğlu, Nasir, publisist Süleyman Mustafayev, Şair, jurnalist Xəzər Miraj Məsimov, Şair yazıçı Rafiq Akif, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələri, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndərli, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və oxucular qonaq qismində iştirak ediblər.

İlk öncə şairə haqqında “Gülfirdə söz var” adlı videoçarx nümayiş etdirilib. Sonra tədbirdə şairənin yaradıcılığı haqqında Qiymət Məhərrəmli, Hacı Rafiq, Sabir Allahverdioğlu, Süleyman Mustafayev, Xəzər Miraj Məsimov, Rafiq Akif tərəfindən söylənilən çıxışlar və Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarovanın söylədiyi şeirlər dinlənilib.

Binəqədi rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva “Dünyamın dünyası kitablarımdır” başlıqlı sərgidə nümayiş etdirilən kitabların biblioqrafik icmalını verib və yaradıcılığına oxucu münasibətini bildirib.

Tədbirin sonunda şairə İradə Gülfir çıxış edərək şeirlərindən və sonuncu poemasından parçalar söyləyib, tədbirin təşkilati dəstəyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə təşəkkürünü bildirib.

Tədbirin yekununda Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndərli, şairə İradə Gülfiri doğum günü münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzulayıb. Sonda şairə İradə Gülfirə gül dəstəsi təqdim olunaraq xatirə fotoşəkilləri çəkilib.

Tədbirin məqsədi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Məkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının qalibi və laureatı, şairə İradə Gülfirin ədəbi yaradıcılığının oxucular arasında təbliği, fiziki qüsurlu insanların ictimai həyatda yaradıcı fəaliyyətinin üzə çıxarılmasıdır.
Foto Qalereya