Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Xəbərlər
7 Yanvar , 2020

Azərbaycan teatr xadimi, Azərbaycan SSR xalq artisti , SSRİ  və Azərbaycan SSRDövlət Mükafatları laureatı, Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti LeylaBədirbəyli 8 yanvar 1920-ciildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanımŞəmkirdə Musaxanınqızı, atası Ağalarbəyisə həminbölgəninkəndbəylərindənolub. 1918-ciildə bacıları ilə birlikdə Gəncəyə, oradanisə BakıyaqaçırılanBikə xanımınozaman 12-13 yaşı vardı.

Leylauşaqlığını İçərişəhərdəkievlərində keçirmişdir. Anası Bikə xanım ƏliBayramovklubuna-qadınlarındərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanınincəsənətə marağı daovaxtdanyaranmağabaşlayır.

LeylaBədirbəyli 1936-ciildə 16 yaşı olarkənFərəcCavanşirovlaailə qurmuşdur. 1937-ciildə Cavanşiradlı oğulları dünyayagəlmişdir. HazırdaCavanşirCavanşirov özhəyatyoldaşı ElmiraCavanşirovailə birgə Fəvvarəlermeydanındayerləşən, Leylaxanımınuşaqlıqdayaşadığı evdə yaşayır.

Аmmа Leylailə Fərəcinbirgə ailə həyatları uzunsürmürvə birneçə ildənsonraonlarboşanırlar. 1942-ciildə isə LeylaKamilAslanovaərə gedir. 1947-ciildə ilkqız övladı - Lalə dünyayagəlir. 1964-cü ildə isə ikinci qızları - Bikə doğulur. Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır.Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub.

1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.