Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Elanlar
3 Fevral , 2020

Görkəmli bəstəkar  və müğənni, Azərbaycanın sabiq mədəniyyət naziri, Azərbaycanın  Rusiyadakı  fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi , Azərbaycan SSR xalq artisti ,Türkmənistanın xalq artisti, TÜRKSOY-un sədri , Dağıstan Respublikasının  Əməkdar  İncəsənət  Xadimi - Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə  Bakıda  anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürmüşdür. ADK-nı bitirmişdir . Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Azərbaycanın  Rusiyadıkı  fövqəladə  və  səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq  Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

2017-ci ildə "Rus ifaçılıq sənəti"  İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.2019-cu ilin iyul ayında Polad  Bülbüloğlu  2-ci dərəcəli  “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.