Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
13 Fevral , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Binəqədi rayonunda yerləşən 102 saylı  orta məktəbin 2-ci sinif şagirdlərinin  Mərkəzi Kitabxanaya  ekskursiyasını təşkil etdi.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdlərə kitab və kitabxana haqqında geniş məlumat verdi. “Biz niyə kitab oxumalıyıq?” mövzusunda məktəblilərlə geniş  söhbət apardı. Məktəblilər hazırladıqları B.Vahabzadənin “Kitab” şeirini söylədilər.   Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdləri uşaq şöbəsi ilə yaxından tanış etdi. Şöbədə yeni yaradılmış “Uşaq folklor nümunələri” adlı sərgi və dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri Qrimm qardaşlarından biri olan Yakob Qrimmin 235 illik yubileyi ilə əlaqədar yaradılmış “Yakob Qrimm-235” adlı sərgi haqqında məktəblilərə məlumat verdi. Məktəblilər üçün Qrimm qardaşlarının “Bremen çalğıçıları” adlı nağılını oxudu. Daha sonra  məktəbli oxucular Qrimm qardaşlarının “Qırmızı papaq” nağılı əsasında hazırladıqları səhnəciyi  göstərdilər.

Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri kitabxanada təşkil olunmuş ”Dahi şəxsiyyət” sərgisi ilə tanış etdi. Şagirdlər üçün “Mütaliə saatı” təşkil olundu. “Milli Qəhrəmanlarımız” mövzusunda kitablar mütaliə olundu.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova və İnformasiya  resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəblilər üçün “Cizgi saatı” təşkil etdi. Məktəblilərə kitabxanadan bəhs olunan “Balaca ev” cizgi filmi nümayiş olundu.

 Məktəblilər Uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazıldılar. Təşkil olunmuş ekskursiya şöbənin oxucu sayının artmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Foto Qalereya