Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
25 Fevral , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli kitabxana filialı 182 saylı tam orta məktəbdə Beynəlxalq ana dili gününə həsr olunan “Ana dilimizi qoruyaq” adlı söhbət keçirdi.

Söhbətdə IV sinif şagirdləri iştirak etdilər. Binəqədi rayon MKS-nin 6 nömrəli kitabxana filialının əməkdaşı kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis Xatirə Qəhrəmanova bu gününün yaranma tarixi barədə məlumat verdi.

Qeyd etdi ki, ana dili insanın zənginləşməsində, dünya görüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranıb, tərəqqi edib. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

Sonda məktəblilər mövzu ilə əlaqəli sərgi ilə tanış oldular.