Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
25 Fevral , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı kitabxana-filialı "26 fevral Xocalı Soyqırımı Günü" başlığı altında 248 tam orta məktəbin şagirdləri ilə birgə tədbir keçirdi.

Tədbirdə 1 saylı kitabxana filialın müdiri Esmira Əliyeva, 248 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Saleh Quliyev, müəllimə Mərziyə Səmədova iştirak etdilər.

Çıxışlarda qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadi. Xocalı soyqırımının günahkarları və icraçıları layiqli cəzalarına çatmalıdılar.

Məktəbin şagirdləri Xocalı soyqırımına aid səhnəciklər nümayiş etdilər və şeirlər söylədilər.

Sonda mövzu ilə əlaqədar tərtib olunmuş sərgidə şəkil çəkdirdilər.