Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
26 Fevral , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı 182 saylı tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalı yaddaşlarda” adlı tədbir keçirdi.

Tədbirdə kitabxananın əməkdaşı Xatirə Qəhrəmanova, Rəxşəndə Həsənova, məktəbin müəllimləri Əminə Yusifova, Xəyalə Həsənova və VIII sinif şagirdləri iştirak etdilər.
Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Binəqədi rayon MKS-nin 6 nömrəli kitabxana filialının kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Xatirə Qəhrəmanova Xocalı faciəsinin dəhşətlərindən danışaraq qeyd etdi ki, Xocalı faciəsi dünya tarixində görünməmiş bir faciədir. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyinini, 130 uşaq valideynlərindən birini itirdi.

Məktəblilər Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər və kitabxananın təşkil etdiyi kitab sərgisi ilə tanış oldular.