Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
3 Mart , 2020
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 nömrəli kitabxana- filialı 248 saylı orta məktəbin VI sinif şagirdlərinin kitabxanaya ekskursiyasını təşkil etdi. Böyük kitabxanaçı N.İsmayılova və kitabxanaçı informasiya texnologiya resursları üzrə mütəxəssis F.Salmanova şagirdlərə kitab və kitabxana haqqında geniş məlumat verdilər.
Məktəbliləri kitabxanada yaradılmış sərgilər ilə tanış etdilər. "Milli qəhrəmanlarımız" adlı sərgi nümayiş etdirildi və qəhrəmanlıq mövzusunda kitablar mütaliə olundu.
Sonda şagirdlər oxucu qrupuna üzv yazıldılar.