Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
25 Mart , 2020

Novruz bayramı Azərbaycanın milli bayramı və mədəni irsidir. Təəssüf ki, biz bu il gözəl bayramımızı minnilliklər boyu təşəkkül tapmış adət-ənənəmizə uyğun, el şənlikləri ilə qeyd edə bilmirik. Səbəbi isə koronavirus infeksiyasının bütün dünyada sürətlə yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi və kütləvi tədbirlərin keçirilməsinə icazə verilməməsidir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Dünya Azərbaycanlılarını, mədəniyyət və incəsənət xadimlərini, dostlarımızı, bütün sənətsevərləri həmrəylik və birlik nümayiş etdirərək evdən və yerləşdikləri məkandan “Şeirdepozitivol” challlenge-inə qoşulmağa səsləyir.

İnsanlar evdən şeir oxuya və dostlarını challenge-ə qoşulmağa dəvət edə bilərlər! Bu, asudə vaxtı Evdən necə maraqlı və öyrənərək keçirməyin mümkün olduğunu göstərməyə kömək edəcək!