Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
4 Aprel , 2020
Binəqədi rayon MKS-i “Evdə qal, öyrən” layihəsinə başladı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi dünyanı bürümüş koronavirus pandemiyasına qarşı qoruyucu tədbirlər çərçivəsində həyata keçirilən sosial layihələrə qoşularaq öz İnstagram və Facebook səhifəsi üzərindən #evdəqalöyrən layihəsini təqdim etdi.  
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xarici dil öyrənənlərə kömək məqsədilə Telegram messenceri kanalları siyahısını linklərini tərtib edərək öz sosial şəbəkələrində izləyicilərlə paylaşdı. Bu cür linklər müxtəlif dillərdə gündəlik olaraq izləyicilərə təqdim olunması nəzərdə tutulub. 
Təqdim olunan kanallar dil öyrənməyə başlayan və bildiyi dili təkmilləşdirən müxtəlif yaş qrupundan olan istifadəçilər üçün və asudə vaxtın səmərəli təşkili baxımından məqsədəuyğundur. Hər bir Telegram messenceri kanallarına çox sayda post yerləşdirilmişdir ki, istifadəçi ona lazım olan post məlumatlarından yararlana bilir. 31 mart 2020-ci il tarixindən Binəqədi rayon MKS İngilis dili öyrənənlərə kömək məqsədilə Telegram mesenceri kanallarının siyahısını işıqlandırmışdır.
Təqdim olunacaq Telegram mesenceri kanallarının siyahısı:
ingilis dili; rus dili; alman dili; ispan dili; fransız dili; çin dili; yapon dili; türk dili; çex dili; portuqal dili; norveç dili və digər dillər Binəqədi rayon MKS-nin Facebook və İnstagram səhifəsində yerləşdiriləcək.