Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 23 aprel böyük ingilis yazıçısı, dramaturqu Uilyam Şekspirin anadan olması münasibəti ilə öz Facebook və İnstagram səhifələrində böyük dramaturqun sonetlərindən parçalar söyləyib, həm rus, həm Azərbaycan dilində onun həyatı haqqında video-məlumat yerləşdirib. Həmçinin Şekspirin sitatlarından nümunələr göstərilib,”Uilyam Şekspir dünyası” adlı video sərgi nümayiş olunub.
Binəqədi rayon MKS Ümumdünya #HappyBirthdayShakespeare həştəqinə qoşulub və onun anadan olmasını əsərlərinin nümayişi ilə qeyd edir.