Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Tədbirlər
24 Dekabr , 2020
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, siyasi xadim İlham Heydər oğlu Əliyevin doğum gününün 59-cu ildönümü münasibətilə müxtəlif səpkidə video-çarxlar, şeirlər hazırlanmış, "Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Heydər oğlu Əliyev" başlığı altında 46 slayddan ibarət həyat və fəaliyyətini əhatə edən video sərgi tərtib etmişdir.

Video sərgidə "Tərcümeyi- hal", "Mükafatları", "Foto xronika", "Ali Baş Komandanın Azərbaycanın Qarabağ və ətraf rayonlara səfəri"ndən video çarx, dövlət rəhbərinin siyasi-humanitar, hərbi- ideoloji, sosial-iqtisadi, mədəni-elmi sfera çərçivəsində, diplomatik dəsti-xətti, siyasi ideologiyası haqqında dərc edilmiş çap nümunələri nümayiş etdirilmişdir. Video sərgidə həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük 2-ci Qarabağ müharibəsinə həsr olunmuş hər bir azərbaycanlının masaüstü kitabı olacaq ilk kitab -"Zəfər yolu" nəşri nümayiş etdirilmişdir. Kitabda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin haqq müharibəmizi qələbəyə aparan çıxışları, müsahibələri və tvitləri toplanmışdır. Video sərgi Böyük Zəfər günündə yüksəldilən üçrəngli Azərbaycan Bayrağının dalğalanması ilə yekunlaşdırılmışdır. Video sərgidə dövlət başçısının,  Müzəffər Ali Baş Komandanın ictimai siyasi xətti təbliğ edilmişdir.


https://www.facebook.com/100003538123176/posts/3292521214209117/?app=fbl